Közdə qızardılmış toyuq qızartması

Közdə qızardılmış toyuq qızartması

İnqrediyentlər

Mətn

Ərzaq:

  • 1 toyuq
  • 200 q.mayonez
  • 4-5 diş sarımsaq
  • Duz, istiot, şüyüd
Zövqə görə ədviyyat.
 
Hazırlanması :
 
Toyugu döş hissəsindən ikiyə bölərək (tabakada olduğu kimi) mətbəx çəkici ilə hər tərəfini yüngülçə döyüb yumşaldırıq.
Marinad hazırlayırıq: sarmısagı əzirik, duz , istiot, zövqə görə ədviyyat ,mayonez vurun qarışdırırıq.Hazırladıgımız marinadı toyuğun hər tərəfinə yaxşıca sürtürük və marinad olunması üçün bir gecə soyuducuda saxlayırıq.

Marinad edilmiş toyuğu dəmir tora ( reşotkaya) yerləşdirib, çevirərək hər tərəfini közdə bişiririk.

Şüyüdü bəzəyərək süfrəyə veririk.


Süfrəm | 2019