Toyuqlu göbələkli piroq

Toyuqlu göbələkli piroq

İnqrediyentlər

Mətn

Xəmir üçün: 

  • 100 ml. Ilıq su
  • 1 paket quru maya
  • bir çimdik şəkər
  • 2 xq.xama
  • 1 yumurta
  • 0,5 çq.duz
  • 50 ml. yumşaq kərə yağı
  • 1 yumurtanın sarısı xəmirin üstünə çəkmək üçün
  • un apardığı qədər.

İçi üçün: 

  • 3 toyuq filesi
  • 300 q.göbələk
  • 1 soğan
  • duz
  • istiot
  • ədva
  • duru yağ, ½ dəstə cəfəri.

Sousu üçün: 

  • 50q.kərə yağı
  • 1 xq.un
  • 1 st, toyuq bulyonu.

Hazırlanması

Mayanı şəkərlərlə suda 15 dəqiqə mayalandırın.Sonra xama, yumurta, yağ, duz, un əlavə edib, xəmiri yoğurun mayalansın.
Toyuğu ədva ilə bişir xırda doğra.Göbələyi soğanı, əti ,Cəfərini yağda qovurun. Unutmayın yağda qovurub bulyon əlavə edin və içə qatın.
Xəmiri 2 hissəyə bölün. Böyük və kiçik. Böyük hissəni tavaya sərib içi qoyun, kiçik hissə ilə üstünü örtün, yumurta sarısı çəkib,180' də 50 dəqiqə bişirin.


Süfrəm | 2019