Sufrem.az yeməyi sevən hər kəs üçün maraqlı və fərqli Azərbaycan kulinariya saytıdır. Bizim sayt dəyərli oxucuları üçün hər zaman ən dadlı reseptləri, gərəkli kulinariya məsləhətlərini dərc edir.

Saytımızda zəngin milli mətbəxin təbliğinə xüsusi önəm verilir və biz bu işi təkcə doğma dilimizdə deyil, rus dilində də aparırıq.  

Ölkənin bir çox tanınmış və peşəkar kulinarları, aşpazları ilə etdiyimiz əməkdaşlığın sayəsində, əziz oxucu, Siz onların dəyərli məsləhətlərindən faydalana bilərsiniz.

Biz reseptləri həm yazılı, həm də video formatında təqdim edirik. Həmçinin sağlam qida və qidalanma ilə bağlı müntəzəm olaraq, ekspertlərin də fikirlərinin yer aldığı araşdırma yazılar təqdim edirik.

Sufrem.az yemək bişirməyi sevib, onu digərləri ilə paylaşmaq üçün fürsət axtaranlara da əla imkan yaradır. Saytımıza daxil olaraq CƏMİYYƏTƏ qoşulursunuz və online kulinar kitabınızı yaradırsınız. Bəli, bəli... hər bir kəs saytımızda özünün kulinar kitabını yaradır, öz reseptlərini (fotolarla bərabər) bütün oxuculara istədiyiniz formada təqdim edirsiniz (həm də 2 dildə).

Əgər bütün bunlar xoşunuza gəldisə, Siz də Sufrem.az-ın daimi oxucuları sırasına qoşulun, bizimlə olun...