DİQQƏT: YENİ MÜSABİQƏ “Mənim iştahlı balam”

2016-09-13


Əziz sufrem.az oxucuları, dəyərli istifadəçilərimiz

Analar, yəqin ki, övladlarınızın yemək yeyərkən maraqlı anları, gülməli, məzəli görüntüləri olur..  Bu məqamda balacaların şəklini çəkməyi də xoşlayırsızsa, deməli, müsabiqəyə qoşula bilərsiz.

Fotomüsabiqədə balacaların mütləq yemək yeyərkən və ya nə isə dadarkən çəkilən şəkli yer alacaq. Şəklin harda çəkilməsinin fərqi yoxdur: ev, təbiət, restoran, hətta gizli çəkiliş.

Foto üçün əsas şərt:

  • Görüntü dəqiq olsun, bulanıq olmasın
  • Telefonla çəkilsə də keyfiyyəti yaxşı olsun
  • Şəklin arxa fonunda qeyri-estetik görüntü olmasın
  • Əgər fotonun keyfiyyəti və ya məzmunu Müsabiqəyə uyğun deyilsə bu barədə sizə  məlumat veriləcək və siz yeni foto çəkə bilərsiz.
  • Çalışın foto təbii, maraqlı, estetik və ya gülməli olsun.

 

Müsabiqənin şərtləri:

Uşağın yaş həddi: 6 aylıqdan 6 yaşına kimi

  1.   Sufrem.az –ın facebook səhifəsini BƏYƏNMƏK
  2.  Şəkli bizə göndərmək
  3. Şəkli səhifədə yerləşdirdikdən sonra bəyənib və paylaşırsız. (bunun üçün sizin profil paylaşımlar üçün açıq rejimdə olmalıdır. Qapalı profillərdə bu paylaşım görünməyəcək)
  4. Sizin müsabiqədə iştirak edən fotonuza səs vermək istəyənlər süfrem. az- facebook səhifəsində yerləşmiş şəkli bəyənməlidir

 

Mükafatlar:

Ən çox səs toplayan 3 foto qalib elan olunacaq.

Qaliblərə brend mətbəx əşyaları hədiyyə ediləcək.

İstifadəçilərimiz tərəfindən ən çox şərh alan və paylaşılan şəkil isə həvəsləndirici mükafata layiq görüləcək

 

6 aylıqdan 6 yaşa kimi İştahlı, şirin balaları gözləyirik.

Müsabiqə iyunun 1 dən iyulun 1-nə kimi davam edir.

 

 

 



İştirak etmək


Müəllif hüquqlari qorunur! Məlumatlardan İstifadə zamani www.sufrem.az –a istinad edilməsi tələb olunur.