"Game of Thrones" serialının izləyicilərinə!

Bütün "Game of Thrones" serialının izləyicilərinə!!
Sansa Starkın çox xoşladığı limonlu peçenyeni hazırlamaq istəyirsiziniz? Bu çox asanddır!Videoya baxaraq özünüz evdə hazırlaya bilərsiniz!
Bu dadlı,limon ətirli peçenye təkcə serial izləyicilərinin yox,hərkəsin xoşuna gələcək!
Sansanın Limonlu peçenyesi
"Kinofilmdən yemək"

Ərzaqlar:
Un - 2,5 stəkan (500 qr)
Şəkər tozu - 2 stəkan (400 qr)
Kərə yağı - 100 qr
Yumurta - 1 ədəd bütöv və 2 ədəd sarısı
Limon - 2 ədəd
Şəkər pudrası - 1/3 stəkan
Süd - 1,5 çay qaşığı
Yağ - 50 qr (üstünə yaxmaq üçün)

Hazırlanması:
Unu, şəkər tozunu və kərə yağını dərin qaba tökürük, yağı bıçaqla doğrayaraq qarışdırırıq.Bütün inqredientlər həll olana kimi qarışdırırıq.
1 yumurtanı və 2 sarısını əlavə edirik.Sürtgəcdən keçirilmiş 2 limon qabığını xəmirə qatırıq.
Xəmiri yumşaq hala gələnə qədər yoğururuq.Əgər tez forma almağını istəyirsizsə biraz un əlavə edə bilərsiniz.
Əgər xüsusi peçenye formalarından istifadə edirsizsə əridilmiş yağı yaxmalısınız.Əgər hazır kağız peçenye formalarından istifadə edirsinizsə yağ çəkmək lazım deyil.
Xəmiri formalara tökürük və sobaya qoyuruq.Sobanı əvvəlcədən 170 dərəcədə qızmağa qoyuruq.
12 dəqiqəyə hazır olur.
Yerimizi rahatlayırıq, "Game of Thrones" serialını yandırırıq və limonlu peçenyemizi ləzzətlə yeyirik.Nuş olsun!

"Game of Thrones" serialının izləyicilərinə!

Nuş olsun!


Baxılıb:652

# keks # asan #limon # məşhur # film # video