Teleaparıcı Samirə Rəhimova: “Onsuz bir günüm olmasın…”

Bu gündən Sufrem.az “Star menyu” adlı rubrikaya başladı: İlk qonağımız isə “Şarm” verilişindən tanıdığınız incə, zərif, yenicə ana olsa da öz şarmını qoruyan teleaparıcı Samirə Rəhimovadır.

  • Ən çox hansı məkanlarda oturmağı xoşlayırsınız? Daha çox hansı yeməkləri sifariş edirsiniz?
  • Daha çox dənizkənarı istirahət məkanlarını seçirəm. Mələsən, balıq yeməyə getməyi çox sevirəm. Ekzotik dəniz məhsulları ən sevimli seçimimdir.

  • Bəs bazarlığa gedərkən Samirə mütləq nəyi almalıdır, səbətinə qoymağı yaddan çıxarmadığı ərzaq?
  • Bazarlığa gedərkən ən birinci ağartı məhsulları götürürəm. Yoqurtu isə mütləq şəkildə alıram.
  • Heç vaxt dilinizə belə vurmaq istəmədiyiniz yemək varmı?
  • Əslində kaprizli insan deyiləm. Hətta xarici ölkələrə getdiyim zaman dadmadığım reseptlərə üstünlük verirəm. Yeni daddan çəkinmirəm. Mənə əsl qurman demək olar!

  • Formada qalma səbəbləriniz nədir? Daima pəhrizmi saxlayırsınız?
  • Xeyr, heç vaxt pəhriz saxlamamışam. Şirniyyatı çox sevirəm. Şokoladsız günüm olmasın. Formada qalmağımın səbəbi bəlli deyil (gülür). Yəqin bu bədən quruluşundan asılıdır. Çünki hamiləlik dövründə belə çox çəki almadım. Axşam 6-dan sonra çalışıram ki, yalnız meyvə-tərəvəzlərlə qidalanım.

  • Bişirdiyiniz şah yemək?
  • Açıq deyəcəyəm, kulinariyanı sevirəm. Hətta mətbəx verilişlərini çox maraqla izləyirəm. Amma bişirməyə gəldikdə, hələ ki, buna çox vaxt ayıra bilmirəm. Nəsə bişirəndə də resepti dəyişib, özüməməxsus edirəm və çox dadlı alınır. Ən çox salatlar hazırlayıram.
  • Bizdən istədiyiniz resept:
  • Sufrem.az saytını çox bəyənirəm və maraqla izləyirəm. Şirniyyatla bağlı reseptlərinizi anama göstərirəm və o da mənim üçün hazırlayır. İşlərinizdə uğurlar arzu edirəm. Hər zaman xanımları mətbəx yenilikləri ilə sevindirəsiniz!

Müsahibəni aldı: Aygün Quliyeva


Baxılıb:2006

# aparıcı #müsahibə # tv # Samira # Ragimoff