Video-resept: Kartoflu dofine

Heç kimə sirr deyil ki, dünyanın ən yaxşı Mişlen ulduzlu aşpazları cəmiyyətin güclü nümayəndələridir. Onlar eyni zamanda həm nəfis yeməklər hazırlayır, həm də yaxşı həyat yoldaşı və ata olmağa müvəffəq olurlar. Hansı qadın arzu etməz ki, onun sevdiyi insan mətbəx avadanlığını istifadə etməyi, kalmarı neçə dəqiqə qovurmaq lazım olduğunu, qızıl balıq üçün hansı sousun daha uyğun olduğunu bilsin?

Bizim yeni “Kişi mətbəxi” rubrikamızda sizi qeyri – adi kişilərlə tanış edəcəyik, hansı ki,  mətbəx işlərindən qaçmır, langet üçün bıçağı çox mahirliklə istifadə edir, yemək hazırlamağı bacarır və bu işi çox gözəl yerinə yetirir!

Bizim rubrikamızın birinci müsahibi Park Cinema kinoteatr qrupunun piar meneceri və The Box proyektinin yaradıcısı Rüfət Zeynalovdur.

sufrem-emma-75-1024x683

O, birinci buraxılışımızda bizə brusketi tez, dadlı, vэ asan hazırlamağı öyrətdi. Onun “subay gənc” menyusundakı növbəti yemək isə Kartoflu Dofine adlanır. Siz, bizim videoda yeməyin hazırlanma prosesini dəqiq şəkildə izləyib, bunun nə qədər asan olduğunu anlayacaqsınız!

Video-resept: Kartoflu dofine

Budur, sizə lazım olan ərzaqlar:

  • Kartof - 1 kq
  • Qaymaq 20% - 1 stəkan
  • Yumurta - 1 ədəd
  • Muskat qozu - 1 çimdik
  • Holland pendiri - 100 qram
  • Sarımsaq  - 1
  • Kərə yağı - 100 qram
  • Yaşıl soğan - 2 - 3 ədəd

İlk növbədə kərə yağını doğranılmış sarımsaq ilə qarışdırıb kartofu bişirəcəyiniz qaba tökün.

sufrem-emma-19-1024x683

Sonra kartof ilə məşğul olmaq lazımdır - onları girdə formada doğrayıb, yağ çəkdiyiniz qaba qoyun.

sufrem-emma-30-1024x683

İndi isə ən dadlı hissəya keçmək olar! Qaymağı yumurta ilə qarışdırıb, duz və istiot səpdikdən sonra muskat qozu əlavə edin.

sufrem-emma-25-1024x683

Ardınca sürtgəcdən keçirilmiş holland pendirini ora əlavə edin. Bu qarışığa kartofları tökün, və üzərinə pendiri səpin.

sufrem-emma-31-1024x683

Yeməyi 45 dəqiqəliyinə sobaya yerləşdirin (kartofun hazır olduğuna vaxtaşırı nəzarət edin).

sufrem-emma-36-1024x683

Yeməyi götürüb, onu yaşıl soğan ilə bəzəyib, süfrəyə təqdim edin!

without-illustrations-1024x654

Sizin xanımınız bu cür nahara heyran olacaq. Çünki hər şeyin bu qədər asan olacağı heç kimin ağlına gəlməzdi :)


Baxılıb:788

# mətbəxi # kişi # dadlı #dofine # ləzzət