Kişi mətbəxi: Zefirli krem ilə meyvəli desert

Heç kimə sirr deyil ki, dünyanın ən yaxşı Mişlen ulduzlu aşpazları cəmiyyətin güclü nümayəndələridir. Onlar eyni zamanda həm nəfis yeməklər hazırlayır, həm də yaxşı həyat yoldaşı və ata olmağa müvəffəq olurlar. Hansı qadın arzu etməz ki, onun sevdiyi insan mətbəx avadanlığını istifadə etməyi, kalmarı neçə dəqiqə qovurmaq lazım olduğunu, qızıl balıq üçün hansı sousun daha uyğun olduğunu bilsin?

Bizim yeni “Kişi mətbəxi” rubrikamızda sizi qeyri – adi kişilərlə tanış edəcəyik, hansı ki, mətbəx işlərindən qaçmır, langet üçün bıçağı çox mahirliklə istifadə edir, yemək hazırlamağı bacarır və bu işi çox gözəl yerinə yetirir!

Bizim rubrikamızın birinci müsahibi Park Cinema kinoteatr qrupunun piar meneceri və The Box proyektinin yaradıcısı Rüfət Zeynalovdur.

Kişi mətbəxi: Zefirli krem ilə meyvəli desert

Və Rüfət “subay gənc” menyusundakı desert - zefirli krem ilə meyvəli desert.

Anladığınız kimi, bu şirniyyatın hazırlanmasına bizim çox az vaxtımız getdi. Sizinlə video - reseptimizi bölüşürük:

Bu da sizə lazım olan inqredientlər:

  • 2 zefir (hər biri 70 qram)
  • 200 qram qaymaq 10%-20%
  • 200 qram çiyələk
  • 200 qram kivi
  • Üzərinə çəkmək üçün şokolad

Bu deserti hazırlamaq üçün qaymaq ilə zefiri blenderlə qarışdırıb, meyvələri səliqəli şəkildə doğrayın.

sufrem-emma-3

Sonra inqredientləri qat - qat gözəl bir qədəhə yerləşdirin.

sufrem-emma-6

 

Qarışdırılmış qaymağı meyvələrin birinci qatına tökün.

sufrem-emma-9

Ardından ikinci qatı yerləşdirin.

sufrem-emma-14-1024x683

Meyvələrin ikinci qatına qaymağı töküb, üzərinə sürtgəcdən keçirilmiş şokoladı səpin.

sufrem-emma-13

Desertinizi sevimli detallarla bəzəməyi unutmayın.

sufrem-emma-15-1024x683

Nuş olsun!

sufrem-emma-16-1024x683 (1)


Baxılıb:456

# krem #desert # incə # zərif