Fidan Hacıyeva: “Bütün xanımların içməli olduğu ən vacib içki... ”

Əməkdar artist Fidan Hacıyeva ilə Sufrem.az-ın dadlı sorğusu

Yeməyə olan münasibəti: Yağlı yeməkləri sevmirəm, şirniyyatı xoşlayıram, amma hədsiz yemirəm.

Bişirməklə arası necədir? Şirniyyat bişirməyi çox sevirəm, iş adamı olduğum üçün istədiyim zaman bişirməyə vaxtım olmur. Daha çox bişirməyə axşamlar vaxt tapıram. Uşaqlar üçün spagetti, blinçiklər və s. hazırlayıram.

Formada qalmağının sirri: Yağsız yeməklər, idman, gərgin rejim.  

İngilis mətbəxi və o: İngilis mətbəxi ilə bizim çox oxşarlığımız var. Amma onlar çörəkdən az istifadə edir. Ətin, toyuğun yanında daha çox tərəvəzli qarnirlərdən, düyüdən istifadə edirlər. Yoldaşım vaxtı olanda öz mətbəxlərindən bişirir, yeməklərdə ədviyyatdan çox istifadə edirlər.

Marketdən mütləq alır: Bizim soyuducuda hər zaman tərəvəz olmalıdır. Odur ki, tərəvəz mütləq alınmalıdır.

Heç vaxt almadığınız, dadmadığınız: Ailəlikcə, perajki kimi yağlı məmulatlardan, fastfuddan, Kola, Fanta və s. zərərli içkilərdən uzağıq.

Sizi gözəl saxlayan nədir: Su – bütün xanımların içməsi lazım olan ən vacib içki sudur. O həm dərini, həm üzü, həm orqanizmi cavan saxlayır.

Müsahibəni aldı: Aygün Quliyeva
Fotolar: Ruslan Teymurfulatov


Baxılıb:3566

# solist # Fidan # Hacıyeva # müğənni #müsahibə # sorğu