QASTRONOMİK MENYU – BRAVO MARKETLƏ

Artıq çəki və piylərin qənimi olan tərəvəzi tapdıq!
Kərəviz kökünün sirri

Gündə 100 ml. təzə kərəviz kökü içmək ay ərzində sürətlə 4-5 kq itirməyə, orqanizmi şlak və toksinlərdən təmizləməyə səbəb olur.

Kərəviz kökü: 1 kq – 5.69 AZN

Tərkibində:
B qrup vitaminləri
Beta-karotin
Dəmir
Fosfor

Dünyada bir çox məşhur dietoloqlar  kərəviz şirəsi ilə tez müddətdə sağlam arıqlamağın sirrini bilir və pasiyentlərinə təyin edirlər.  Kərəviz kökü həm də mədə-bağırsaq üçün faydalıdır.  İnsana heç bir ziyanı yoxdur.

Kərəviz kökünün daha 5 faydası:

1. Əsəbləri sakitləşdirir, yuxunu bərpa edir;

2. Qanda dəmirin miqdarını artırır, artetial təzyiqi qaydaya salır;

3. İmmuniteti artırır, impotensiya ilə mübarizə aparır;

4. Qəbizliyi aradan qaldırır;

5. Qaraciyər, öd və böyrəkləri təmizləyir.

Elə bu 5 səbəb sizə kifayət edər ki, kərəviz kökünü arıqlamağa ehtiyacınız olub-olmamasından asılı olmayaraq, alıb istifadə edəsiz.

Böyük, şirəli kərəviz köklərini ekonomik qiymətə Bravo-da tapdıq.
Təsəvvür edin, yemiş boyda kərəviz kökləri nəhəng kartofa bənzəyir, elə kartof kimi də soyulur. Dadı da xoşagələndir.

1 kq – 5.69 manata olan kərəviz köklərindən kiçiyini seçməklə 3-4 manat xərciniz çıxacaq. Siz onun şirəsini çəkib içə bilər və ya dietik salat, yeməklər hazırlaya bilərsiz.

Bəs kərəviz kökündən nə bişirə bilərsiz?

Kartofla kərəviz

Ərzaqlar:
Kərəviz kökü – 400 qr.
Kartof – 400 qr.
Soğan -1 ədəd
Təzə reyhan – 2-3 yarpaq
Bitki yağı -3 x.q.
Duz, istiot

Hazırlanması:
Kartoflar soyulub, 1,5 sm. ölçüdə kub şəklində doğranılır. Kərəvizin kökü və qabığı soyulur, bu cür doğranılır. Soğan da xırdalanır. Tavaya yağ əlavə edib, orta odda soğan və reyhan yumşalana kimi 3-4 dəqiqə qarışdırmaqla bişirilir. Bura kərəviz və kartof qatılıb, zəif odda qapağı bağlı şəkildə, arada qarışdırmaqla kartof və kərəviz bişənə (minimum 15 dəqiqə) kimi qızardılır. Zövqə görə üzərinə bir az ağ şərab da əlavə edə bilərsiz. Sonda duz, istiot vurulub, üzərinə göyərti səpilib, süfrəyə verilir.

Bravo-dan yolunuzu salıb, kərəviz kökünü alın və onu menyunuza daxil edin.

Növbəti Qastronomik menyumuzu izləyin!

 


Baxılıb:6158

# supermarket # kərəviz #Bravo # menyu