TƏLƏBƏ UCUZ QİYMƏTƏ NƏ YEYƏ BİLƏR?

“Bravo” supermarketindən
Bloger Tima Mehdizadə Sufrem.az üçün

Tələbə olmaq heç də asan deyil. Çoxlu imtahanlar, layihələr, məşğələlər səndən güc və enerji istəyir. Orqanizmin itirdiyi enerjini bərpa etmək üçün mütləq yaxşı və faydalı qidalanmaq lazımdır! Amma gərgin qrafik, az tələbə təqaüdü, vaxt qıtlığı buna istədiyin kimi imkan vermir.

Əgər kafelərdə yeməyə və ya naharı evdən gətirməyə heç cür imkan yoxdursa, o zaman ən əlverişli üsul supermarketlərdən almaqdır. Bakıda təzəliklə açılmış “Bravo” supermarketi artıq şəhər sakinlərinin sevimli alış-veriş məkanına çevrilib. Tələbələr də istisna deyil...

“Bravo”dan hər bir tələbə 4 manatı keçmədən faydalı və dadlı lanç (nahar) əldə edə bilər.

Un məmulatı

Pizza – Məşhur supermarketin ən çox sevilən un məmulatı birnəfərlik pizzalardır. Onlar çox iştahaçandır, tutumludur və gözəl görünür. Ən vacib məqam isə, “Bravo”da sanitar normalarına ciddi şəkildə əməl edilməsidir. Un məmulatları satılan rəflərin qarşısından nəsə almadan keçmək olmaz, çünki onların ətri insanı valeh edir. Satıcılar sizə seçim etməkdə də kömək edəcəklər.

Burokkoli ilə bulka

Sizi əmin edirəm ki, belə bulkanı heç yerdən ala bilməzsiniz. Olduqca dadlı, tutumlu və vitaminlidir.

Meyvələr:

“Bravo”nun meyvələr şöbəsində müştərilərin rahatlığı və cibini nəzərə alaraq, xüsusi qablarda cürbəcür, istənilən meyvə dilimləri satılır. Şəxsən mən ya ananas, ya da qarpızı seçirəm.

İçkilər:

“Bravo” supermarketinin daha bir eksklüzivi burada istədiyiniz meyvələrdən çəkilən şirədir. Axı hansı supermarketdə siz təbii meyvə şirəsi içə-içə alış-veriş edə bilərsiniz? Yalnız burada!
Nahar vaxtı təbii şirənin çəkildiyi yer tələbələrlə, fasiləyə çıxan işçilərlə dolu olur. İstədiyiniz meyvəni seçə bilərsiniz ki, sizin üçün şirəsini hazırlasınlar. Hətta qarışıq da etmək olar. Seçimə ananas, portağal, alma, kök, balqabaq, qreypfrut və inanmazsınız, amma kokos da daxildir. Mən qreypfrutla ananas şirəsinin qarışığını seçdim.

Gəlin görək seçdiklərimin qiyməti neçə oldu:

Pizza: 0.98 man.
Brokkolili bulka: 0.98 man.
Təzə, dilimlənmiş qarpız (təxminən 250 qr.): 0,14 man
Meyvə şirəsi: 1.50 man

Cəmi: 3.60 man (qiymətlər 08.07.2016 tarixinə aiddir)

Münasib qiymətə “Bravo” supermarketindən dadlı, xeyirli lanç …

Bu lanç xeyli tutumlu və dadlı idi. Olduqca böyük, maraqlı və dadlı çeşidlər mənə dərslər arasındakı fasilənin 15 dəqiqə olduğunu unutdurur...


Baxılıb:2954

# tələbə # Tima #bloq # nahar # lanç # Bravo # supermarket