XIRÇILTISI BÜTÜN OTAĞA YAYILACAQ XİYAR MARİNADI

Xiyarların üzərinə su tökürük və 3 saat bir kənarda saxlayırıq. Sonra bankaları sobada (duxovkada) sterilizə edirik. Bunun üçün soba listinə bir az su tökürük, bankaları listə yığırıq və 150 dərəcədə 15 dəqiqə qaynadırıq.
Bankalara sarımsaq, şüyüd, xren yarpaqları, qara yumru istiot, dəfnə yarpağı qoyuruq. Qazana 2 litr sirkə tökürük, odun üstünə qoyuruq, qaynar olmalıdır, amma qaynamamalıdır! Başqa bir qazanda isə suyu yaxşıca qaynadırıq. Sonra xiyarlardan götürüb onları isti sirkənin içinə salırıq. Əgər xiyarlar iridirsə, 2 dəqiqə, balacadırsa, 1 dəqiqə bu sirkənin içində qalmalıdır. Görəcəksiniz ki, rənci azca dəyişir. Onları indi bankalara yığırıq. 1 litrlik bankaya 1 x.q. duz, 1 x.q. şəkər tozu tökürük. Üzərinə qaynar su tökürük və bağlayırıq. Bankaları adyala bükürük, tam soyuyandan sonra rəflərimizə düzə bilərik. Nuş olsun!


Baxılıb:42778

# xırçıltılı # resept # turşu #xiyar # marinad # qış # tədarük