MƏŞHUR MÜĞƏNNİ ANA OLANDAN SONRA 37 KQ. ARIQLADI (FOTOLAR)

Tanınmış müğənni Emma Ələkbərzadənin SUFREM.AZ-la dadlı söhbəti...

Son günlər yenidən arıqlaması ilə diqqət çəkən Emma xanım bizə bu barədə danışdı: “Bu, mənim ikinci dəfə arıqlamağımdır. Ana olandan sonra əvvəlki çəkimə - 85 kq.dan 48 kq. a qayıtdım. Artıq çəkilərdən sağlam qidalanma ilə azad oldum. Hər nə oldu yemirəm. Alkoqoldan, un məmulatlarından, qızartma və yağlı yeməklərdən, fastfudlardan, şirniyyatdan uzağam. Çoxlu su içirəm, bir də kofe həvəskarıyam. Bircə qara şokolad yeyirəm. Sağlam qidanı da az-az, tez-tez yeyirəm. İdmanla çox az məşğul oluram, son vaxtlar idman elə övladımdır. Onun arxasınca qaçmaq idmanın bir növüdür (gülür). Mətbəxlə aram yoxdur. Yoldaşım şef aşpaz olduğu üçün əsasən o bişirir, mən də övladım üçün hazırlayıram”.

Bəs daha çox hansı kafelərə, restoranlara gedir sualına isə Emma xanım belə cavab verdi: “Yapon, Çin yeməklərini çox sevdiyim üçün əsasən həmin mətbəxlərin restoranlarına baş çəkirəm. Amerika mətbəxini sevirəm, xüsusilə də steyki. Şərt deyil ki, steyk yağlı ətdən bişirilsin. Axı onun neçə cür növü var. Həmçinin çizkeyki də çox xoşlayıram. Emil mənim üçün çox az kalorili şirniyyatlar hazırlayır. Marketlərə, alış-veriş məkanlarına çox gedirəm, nə xoşuma gəlirsə, alıram. Səbətə bütün ərzaqları qoyuram: ət, toyuq, meyvə, tərəvəz  və s.”

Hazırladı: Aygün Quliyeva

 


Baxılıb:6485

#müsahibə # müğənni # Emma # Ələkbərzadə