Video-resept: Rəna Alkandan “Şokoladlı sürpriz”

Şokolad elə bir məhsuldur ki, onu sevməyən, xoşlamayan yoxdur. Bəzi növləri kökəltsə də, onu dadmaq artıq çəki almağa belə dəyər. Axı istehsal etdiyi endorfinin sayəsində biz onu yeyəndən sonra əhvalımız yüksəlir, özümüzü daha güvənli və xoşbəxt hiss edirik.
Tünd şokoladı isə rahatlıqla dada bilərsiniz, o kökəltmir və faydası digərlərindən daha çoxdur. Gündəlik olaraq bir qədər tünd şokolad yemək yüksək qan təzyiqindən, xolesterindən əziyyət çəkənlərə də kömək edir. O həmçinin antidepressantdır, istirahət günlərini şokoladsız keçirməyin, bu sizə xüsusi zövq verəcək.

Video-resept: Rəna Alkandan “Şokoladlı sürpriz”

Boulevard Hotel Baku-nun Baş Qənnadçısı, Azərbaycanın Şokolad səfiri xanım Rəna Alkan Sufrem.az-ın oxucuları üçün maraqlı bir desert hazırladı. Desertin dadı, adı, görünüşü çox möhtəşəm idi…
“Şokoladlı sürpriz” adlanan bu desert elə doğrudan da əsl sürpriz, şirniyyat sevər üçün əla hədiyyə ola bilər.
Tərkibi şokolad, dondurma, çiyələk, üyüdülümüş qozdan ibarət olan desert inanırıq ki, sizin də ürəyinizcə olacaq. Sevdiklərinizə sürpriz etməyi sevənlər məhz bu reseptdən yararlana bilərlər...

Nuş olsun!

***

Şokoladdan fincan hazırlamağın ən asan və maraqlı üsullarından biri ilə bu videoda tanış ola bilərsiniz.

Video-resept: Rəna Alkandan “Şokoladlı sürpriz”


Baxılıb:1131

# resept # çiyələk # dondurma # sürpriz # Rəna Alkan # desert # video #şokolad