Qəhvənin 5 sadə resepti

Ərəb üsulu ilə hazırlanan qəhvə
joeyarmstrong-foodphotographer-8016

İlk növbədə cəzvəyə şəkər tozu əlavə etmək lazımdır. Sonra ¾ hissəsinə soyuq su töküb, ocağa qoyun. Su qaynayan kimi cəzvəni ocaqdan götürün. İndi isə 5-7 qram toz halında qəhvənı əlavə edin, qaşıq ilə qarışdırıb, ocağa qoyaraq yenidən qaynama dərəcəsinə çatdırın. Sonra yenə eyni şeyi təkrar edin - su ilə doldurub, qaynama dərəcəsinə çatdırın. Sonda ocaqdan götürüb, süfrəyə təqdim edə bilərsiniz.

Liviya üsulu ilə hazırlanan qəhvə
muffins-2
Qəhvəni türklərin resepti ilə cəzvədə hazırlamaq lazımdır. Bişmə zamanı - su cəzvədə qızanda zəfəran və hilin toxumunu (hil və zəfəran - yarım çay qaşığı) əlavə edin. Bir az saxlayın, əsas odur ki, içkinin dadı itməsin deyə hili içindən vaxtında çıxarmaq lazımdır. Adi qəhvə kimi süfrəyə təqdim edin.

Fransızsayağı ağ qəhvə
Mary-Costa-Photography-for-Garlic-My-Soul-Coffee-Food-on-Melrose-003-1200x799-1024x682

Fincana eyni keyfiyyətli qaynar qara qəhvə və qaynar süd tökürük. Şəkər tozu isə zövqünüzə görə əlavə etmək olar.

İtalyansayağı ağ qəhvə
hilary-mcmullen-photography_seattle-food-photographer_coffee

Fransız üsulu qəhvə kimi hazırlayırıq. Fərq bundadır ki, bura bıçağın ucunda darçını əlavə edirik. Xırda doğranmış şəkərlə təqdim edirik.

Mazaqran
iced-coffee-22

Bu sərin içki, buz əlavə olunmuş tünd qara qəhvədən hazırlanır. Qəhvəni ləzzətlə içmək üçün onu soyudub, su, şəkər tozu və həmçinin xırdalanmış buz ilə qarışdırmaq lazımdır. Bəzən bu içkiyə likör və konyak da əlavə edilir. Hündür qədəhlərdə, buz və limon dilimi ilə soyuq halda süfrəyə təqdim etmək olar.


Baxılıb:1170

# fərqli #kofe # qəhvə # resept