Kələm salatı

Ayurveda metbexindən kələm yarpaq içi salatin dadina valeh olacaqsiniz. Çox asan ve tez hazirlanan bu salat süfrənizi bezeye bilən yeməklərdən biri ola bilər.

Kələm salatı

Ərzaqlar:

  • Panir      (ev kəsmiki)                                                            200 qram
  • Panirin hazırlanması üçün süd və qatıq
  • Pekin kələminin yarpaqları                                                    10 ədəd
  • Şüyüt                                                                                      2 çay qaşığı
  • Duz zövqə görə
  • Limon suyu zövqə görə
  • Bolqar bibəri                                                                           1/2 ədəd

Panirin hazırlanması:Südü qaynadırıq və qatığı üzərinə ehtiyyatla əlavə edirik,dayanmadan qarışdırırıq.Bir neçə dəqiqədən sonra kəsmiyin bərk hissəsi aralanır.Bezdən istifadə edərək daha asand ayıra bilərik.

Bolqar bibərini nazik dilimlərə bölürük,şüyüt,duz və limon suyu zövqə görə əlavə edirik.Kəsilmiş Pekin kələminin üzərinə bibəri və qarışıq paniri yerləşdiririk
Beləliklə bizdə fərqli,doyumlu,xeyrli, "qayıq" şəkilli bir yemək alınır


Baxılıb:2723

# asan # mətbəx # dünya #salat # resept