ALMA LAVAŞANASINI ÖZÜN HAZIRLA

Ərzaqlar:

Alma – 1 kq.
Su – 100 ml.
Şəkər tozu – 4 x.q.

Hazırlanması:

Almalar təmiz yuyulub qurudulur. Qazana su alınır. Dilimlənmiş almalar qazana əlavə olunur. Zəif odda tam yumşalana kimi bişirilir. Blenderdən keçirilib püre halına salınır. Yenidən qazana, odun üzərinə qoyulur, şəkər tozu əlavə edilir, suyu çəkilənə kimi bişirilir.
Nazik soba listinə (formaya) perqament kağız salınır. Almalı kütlə 0,5 sm. qalınlıqda yayılır. Neçə ədəd forma lazım olacağı alma kütləsindən asılıdır. Formanı sobaya qoyub, 100 dərəcədə - sobanın qapağını yarıaçıq qoymaq şərtilə təxminən 4 saat qurutmaq lazımdır. Düzgün qurumuş hazır lavaşana ələ yapışmamalıdır. Lavaşana soyudulur, perqamentlə birgə bükülüb, quru bankada saxlanıla bilər.

Nuş olsun!


Baxılıb:7679

# turşu # alma #lavaşana # qış # tədarük