Bişirilmiş qatılaşdırılmış südün ən sadə resepti

Biz bişmiş qatılaşdırılmış süd hazırlamanın ən sadə yolunu tapdıq və onu sizlərlə bölüşməyə tələsirik! Sizə sadəcə bir neçə banka qatılaşdırılmış süd, mikrodalğalı soba və 10 dəqiqə vaxt lazım olacaq.

6a00d8358081ff69e2017c36396ea5970b-800wi

İnqredientlər:

  • Qatılaşdırılmış süd - 400 qram

Hazırlanma qaydası:

İlk növbədə qatılaşdırılmış südü tökmək üçün şüşə və ya keramik qab lazımdır. Əsas odur ki, qatılaşdırılmış südü plastik qabda saxlamaq olmaz. Sonra 2 dəqiqəliyinə 700 V gərginliyində mikrodalğalı sobaya qoyun.
2 dəqiqə sonra mikrodalğalı sobadan götürüb, qarışdırırıq, yenidən gərginliyi dəyişmədən 2 dəqiqəliyinə mikrodalğalı sobaya yerləşdiririk. Bu, bişirilmiş qatılaşdırılmış südü doğru üsulla hazırlamanın digər sirridir, əks halda daşa bilər.
Təxminən 8 dəqiqə qarışdıraraq bişiririk. Yəni hər birində 2 dəqiqə olmaqla 4 dəfə mikrodalğalı sobaya qoyuruq. Siz bir az çox saxlaya bilərsiniz. Çünki hər birimiz bişmiş qatılaşdırılmış südü müxtəlif cür xoşlayır. İstədiyiniz qatılığa və rəngə çatdırın. Mikrodalğalı soba sizə bunda kömək olacaq.

8cc3d454-7961-4c79-a62d-a333703e9ae0-sweetened_condensed_milk8

Bişirilmiş qatılaşdırılmış südü tort üçün krem, pirojna və blinçik üçün içlik kimi istifadə edirlər. Şirniyyat sevənlər isə onu mürəbbə ilə əvəz edib, çay ilə içirlər.


Baxılıb:3927