SƏHƏR YEMƏYİ ÜÇÜN: ALMA OLADİSİ

Ərzaqlar:

Alma – 3-4 ədəd
Yumurta – 2 ədəd
Şəkər tozu – 3 x.q.
Vanilin – 1 ç.q.
Un – 2-3 x.q.
Soda – ç.q. ucunda
Duz – bir çimdik
Qızartmaq üçün bitki yağı

Hazırlanması:

Almalar yuyulur, qurudulur, sürtgəcdən keçirilir. Üzərinə şəkər tozu, yumurta, vanilin, soda, duz və un əlavə edilir, qarışdırılır. Oladiləri hər iki üzü qızarana kimi bitki yağı tökülmüş tavada bişiririk. Bal ilə süfrəyə veririk. Nuş olsun!


Baxılıb:11467

# tez # asan #oladi # dadlı # səhər # yemək # alma