Yumurta kotleti: Ət yoxdursa da, kotlet var!

Ərzaqlar:

Yumurta – 6 ədəd
Yaşıl soğan – 1 dəstə
Mannı yarması – 2 x.q.
Un – 1 x.q.
Xama – 1 x.q.
Şüyüd – 1 dəstə
Bitki yağı
Duz, istiot

Hazırlanması:

Yumurtalar suda bərk bişirilir. Sürtgəcin iri gözündən keçirilir. Göyərti, soğan çox xırda doğranılır. Yumurtaya qatılır. Un və mannı səpilir,duz-istiot vurulub, yaxşıca qarışdırılır. Alınmış kütlədən yaş əllə kotletlər formalanır. İstəsəz una da batıra bilərsiz. Tavada bitki yağını dağ qızdırır, kotletlər qızardılır. İsti-isti süfrəyə verilir. Nuş olsun!


Baxılıb:12365

# dadlı # ətsiz #kotlet # asan # yumurta