NANƏLİ PEÇENYELƏR

Mədə, bağırsaq üçün çox faydalı şirniyyat.
Təzə nanədən hazırlanan ən yaxşı desert!

Ərzaqlar:

Kərə yağı – 80 qr.
Şəkər tozu – 80 qr.
Un – 160 qr.
Təzə nanə – 30 qr.
Yumurta – 1 ədəd

Hazırlanması:

Nanə yarpaqları xırdalanır, şəkər tozu ilə qatılır. Otaqda yumşaldılmış kərə yağı ilə birgə mikserdə qarışdırılır. Bərabər kütlə alınmalıdır.
Un səpilir və qarışdırılır. Yumurta da əlavə olunur. Xəmir topalı olmalıdır. Hamar alınmayacaq. əlimizdə xəmir kütləsindən bir hissə götürüb, kürələnir, barmaqlarımızla yastılanır.
Soba formasına kağız salınır. Peçenyelər düzülür. 175 dərəcədə 20 dəqiqə bişirilir. Peçenyelər bir az qalxacaq. Üzəri qızılı rəng alana kimi bişirin. Sobadan çıxarıb soyudun, ya dərhal süfrəyə verib yeyin, ya da ağzı bağlı bankada saxlayın ki, qurumasın.

Nuş olsun!


Baxılıb:3542

# dadlı # asan #peçenye # resept # nanə # maraqlı