ŞEF AŞPAZLARIN İŞLƏTDİKLƏRİ HİYLƏLƏRƏ BİR BAXIN...

Təcrübə hər zaman hər yerdə öz sözünü deyir. Elə mətbəxdə də! Odur ki, Sufrem.az sizin üçün dünya şef aşpazlarının işlətdikləri hiylələri tapdı ki, yeməkləriniz daha dadlı olsun, mətbəx də isə işiniz asan...

Düyünün ağappaq olması üçün qaynadan zaman suyuna azca sirkə tökün.

Ət üçün hazırladığınız marinadlara hər zaman pivə qatmağı unutmayın. Pivə ətə xüsusi dad və yumşaqlıq verir.

Ciyəri ən sonda duzlamaq lazımdır. Əks halda ciyər bərk olacaq.

Bulyonun içinə bir kub buz atıb, birlikdə qaynatsaz, bulyon daha şəffaf olacaq.

Mütəmadi olaraq yeməklərinizdə duz əvəzinə limon şirəsi istifadə edə bilərsiz. Bu, həm də daha faydalı üsuldur.

Üyüdülmüş kofeyə bir çimdik duz atsanız, onun dadı tamamilə dəyişəcək və daha dadlı olacaq!

Vineqret salatını dadlı etməyin bir sirri var: içinə 1 x.q. süd və 1 x.q. şəkər tozu töküb qarışdırın.


Baxılıb:7158

# sirr # şef aşpaz # aşpaz #mətbəx # yemək # dadlı # məsləhət