Halloween interyeri. Əhvalımızı yüksəldək!

Halloween payızın mistik bayramıdır ki, bütün Müqəddəslərin günündən əvvəl keçirilir.Bizim ölkədə bu bayram xüsusi olaraq qeyd edilmir, lakin balaca uşaqlar mistik kostyumlar geyinmeyi və üzlərini bayrama uyğun rəngləməyi xoşluyurlar.
Mən sizə bu günü necə qeyd edə biləcəyinizi və evinizi necə bəzəyə biləcəyinizi danışacağam.

Bəlkə siz də əyləncəli konkurslar keçirərək,bayrama uyğun kostyumlar geyinərək, evi bəzəyərək və mistik şam yeməyi hazırlayaraq uşaqlarınızı və dostlarınızı sevindirə bilərsiniz.
Halloween dedikdə narıncı, əyləncəli,içində şam olan balqabaq yada düşür.Halloween bayramının rəngləri qara və narıncı sayılır. Qara qüvvələrin təmsili olaraq qara və payızın təmsili olaraq isə narıncı rəng sayılır.Dostlarınızı dəvət edərək onları evdəki maraqlı şam yeməyi və bayram əhvval ruhiyyəsilə təəccübləndirə bilərsiniz!

hallow04Qonaq otağındakı ruh bayramı təcəssüm etdirəcək.
Bunun üçün lazım olanlar ele də çox deyil:
1) 2,3 metr bez
2) böyük olmayan qara parça və ya kağız
3) 1 ədəd böyük olmayan gel ilə doldurulmuş şar
Bezi 2,3 metrə qədər kəsirik, parçadan və ya kağızdan göz və ağız düzəldərək bezə yapışdırırıq və yaxud da tikirik. Ruhun xoş və ya hirsli görünməsi sizin fantaziyanıza bağlıdır. Hazır bezi gel ilə doldurulmuş şarın üzərinə qoyaraq sap ilə çılçırağa və ya istədiyiniz hər hansı bir yerə qoya bilərsiniz.192793_original
Stolunuzun bayrama uyğun bəzəmək üçün də bayramın rəmzlərindən istifadə edirik. Hər şey uyğun və zövqlü olmalıdır. Bunun üçün xüsusi bir şey lazım deyil:
1) qara masa örtüsü
2) narıncı salfetlər
3) tünd rəngdə şamlar
4) balqabaq mütləq stolun üzərində olmalıdır
Beləliklə sizin bayramınız çox maraqlı alınacaq. Halloween bayramınızı şən keçirməyi ümid edirik!


Baxılıb:740

# Halloween # bayram # dünya #balqabaq # oktyabr