UŞAQLARINIZ ÜÇÜN FAYDALI VƏ DADLI KONFETLƏR HAZIRLAYIN!

Portağallar şəkərdə - Konservantlarsız və çox təbii konfetləri bütün uşaqlar sevəcək!

Ərzaqlar:

Portağal – 1 kq.
Qəhvəyi şəkər tozu – 400 qr.
Su – 100 ml.

Hazırlanması:

Portağalı yuyursuz və qaynar suya salıb çıxarırsız. Sonra halqa formasında dilimləyirsiz – hər dilimin qalınlığı 0,5 sm. olmalı. Tavanın içinə şəkər tozunu səpirsiz, üzərinə portağal dilimlərini qoyursuz, üstündən qalan şəkəri gəzdirirsiz. Su tökürsüz, qapağı bağlayırsız və ən zəif odda 2 saata kimi bişirirsiz. Əgər suyunun quruduğunu görsəz, bir qədər də əlavə edə bilərsiz.

Nuş olsun!


Baxılıb:7538

# portağal # asan # faydalı # konfet # mətbəx #uşaq # dadlı