Bitki, yoxsa kərə yağı?

Nəyə görə bitki yağında ət məhsulları bişirmək olmaz?
Bu vaxta kimi yağ seçimində yol verdiyimiz səhvlər sizi dəhşətə gətirəcək?

 

 

Ceyran  Əsgərova
Milli Kulinariya Mərkəzinin direktor müavini
Qida texnoloqu

Qidalanma fiziologiyası elminə görə hər bir ərzaq, qida müxtəlif orqanlara müxtəlif cür təsir edir. Bu  bir elmdir və qida mühəndisliyinə daxildir. Qida mühəndisi kimi onu deyə bilərəm ki, bitki yağı ilə kərə yağını qarışdırıb, hansısa yeməyi bişirmək olmaz. Bu gun restoranlarda yediyimiz yeməklərin hansı yağ ilə hazırlandığını bilmirik. Son illər  belə bir trend-dəb yaranıb, bitki yağları xeyirlidir, bir çox xəstə insanlara kərə yağı, heyvan yağları olmaz. İndi ət yeməklərini də ailələrdə bitki yağlarında hazırlayırlar.

Plov bişirərkən qaraya kərə yağı vururlar, düyüsünə bitki yağı gəzdirilir. Və ya əksinə zeytun yağında kartof, kotlet qızardılır.

Bitki yağı ilə heyvan mənşəli yağı qarışdırmaq orqanizmdə dəhşətli fəsadlara yol açır, qida fiziologiyasına, texnologiyasına ziddir və zərərli konsragenlər yaradır. Bu da şiş xəstəliklərinin yaranmasına münbit şərait  deməkdir.

Bitki yağları yalnız bitki mənşəli ərzaqlar olan yeməklərdə- məsələn tərəvəz salatında istifadə oluna bilər. Ət və ət məhsullarında artıq heyvan məyşəli piy var, onu mütləq kərə yağında bişirməlisiz. Kərə yağından qorxmaq  lazım deyil.

Bitki yağında nəsə qızartmaq ümumiyyətlə ziyandır. Tava ilə reaksiyaya girir, bitki yağını qızdırmaq artıq zərərli elementlər yaradır.

Bizim xalqın fiziologiyasına, iqlimimizə uyğun ən yaxşı yağ quryuq yağıdır. Quyruğu alıb əridirsiz, yığırsız, həm  cızdaqdan istifadə edin, ərinmişi də çox gözəl, xolesterinsiz yağdır. İstənilən yeməkləri hazırlaya bilərsiz: təzyiqi olan insanlara, şəkərli xəstələrə də çox uyğundur.

Bizim milli mətbəxə - dolmalarımıza, plovlarımıza isə ümumiyyətlə bitki yağları uyğun deyil.

Ona görə, xanımlarımız yemək hazırlayarkən genefondumuzun səğlamlığı və övladlarının gələcəyi naminə yağ seçimində diqqətli olub, əsasən da bitki yağı ilə kərə yağını qatıb qarışdırmadan düzgün təyinatı üzrə istifadə etsinlər.


Baxılıb:19325

#yağ # maraqlı # sağlam qida