Püredən blinçik

Təkcə xəmirdən yox, kartof püresindən də dadlı blinlər alınırmış. Resepti icad edənə afərin!

Ərzaqlar:

Kartof püresi – 100 qr.
Un – 4 x.q.
Süd – 200 ml
Yumurta – 3 ədəd
Soğan – 1 baş
Bitki yağı – 50 ml
Duz

Hazırlanması:

Soğan xırda doğranılır, qızardılır. Kartof püresi isti süd ilə qarışdırılır. Bura yumurta, un, duz əlavə edilir. Mikserlə çalınır və soğança da bura qatılır və bu dəfə qaşıqla qarışdırılır.
Bitki yağı tavada qızdırılır, qaşıqla blin formasında kütlədən tavaya yayılır. Ikitərəfli bişirilir.


Baxılıb:3177

#səhər yeməyi # blinçik # püre # kartof # dadlı