Napoleonun bacısı sayılan tort: Krem Bryüle

Bu tortun dadi, bişirilməsi, tərkibi eynilə Napoleona bənzəyir. Amma qatları azdır. Daha nazikdir və kremi ayrı cürdür. Qısası, kofeli-şokoladlı-vanilli daddır.

Ərzaqlar:

Xəmir üçün:
Şəkər tozu – 1 stəkan
Kərə yağı – 1 x.q.
Xama – 1 stəkan
Un – 3 stəkan
Kakao – 2 x.q.
Soda – yarım ç.q. sirkədə söndürülmüş

Krem üçün:
Süd – 500 ml.
Yumurta – 1 ədəd
Şəkər tozu – 1 stəkan
Vanilin
Un – 3 x.q.
Yumşaldılmış kərə yağı – 200 qr.
Kakao – 2 x.q.

Hazırlanması:

Kərə yağı yumşaldılır, şəkər tozu burda qarışdırılıb ovxalanır.Un ələnir, bura yağ, sirkədə söndürülmüş soda, xama əlavə olunub xəmir yoğrulur. Xəmir kütləsi 2 yerə bölünür, bir hissəyə kakao vurulur. Bütün xəmir 3 kündəyə bölünür: 3 kakaolu, 3 ağ hissə alınır. Onları formaya yayıb bir bir 220 dərəcədə 5-10 dəqiqə bişirin.
Krem hazırlayın: süd, yumurta, şəkər tozu zəif odda, daim qarışdırılaraq, həll olunmaqla qatılaşana kimi bişirilir. Sonra krem tam soyudulur.
Yumşaldılmış kərə yağını kakao tozu ilə çalın. Qarışdırmaqda davam etməklə, qaynadılmış kremdən bura hissə hissə əlavə olunur. Krem hazırdır. Tortun bütün laylarını və üstünü kremləyin. Tortu 8 saat soyuducuda saxlayın. Sonra yemək olar.


Baxılıb:11340

# şirniyyat #tort # desert # dadlı