Toyuq ətindən lülə

Ərzaqlar:

Toyuq filesi – 500 qr.
Qırmızı bolqar bibəri – 2 ədəd
Baş soğan – 2 ədəd
Holland pendiri Qauda – 60 qr.
Kərə yağı – 2 x.q.
Yumurta – 1 ədəd
Duz, istiot
Taxta çop

Dekor üçün:
Salat yarpaqları
Çerri pomidorları
Zeytun yağı, balzamik sirkə və ya ketçup

Hazırlanması:

İlk əvvəl taxtsa kabab çöplərini soyuq suda 2 saatlıq islağa qoyun ki,bişirəndə yanmasın və lülə çöpə yapışmasın.
Bibərlər ya manqalda, ya quru tavada qril kimi bişirilir. Qabığı soyulur və tumu çıxarılır. Bibərlər kub formasında doğranılır.
Toyuq filesi kəsilir və iri bıçağın arxası ilə döyülüb, iri dənəli farşa çevrilir. Döymə ət kimi.
Pendir iri gözlü sürtgəcdən keçirilir. Soğan xırda doğranılır.
Kərə yağı otaq hərarətində yumşaldılır. Toyuq farşı, bibər, soğan və pendir yaxşıca qarışrılır. Bura yumurta və kərə yağı qatılər, duz, istiot vurulub, əllə tam qarışdırılır. Soyuducuda 40 dəqiqə saxlanılır.
Lülə tutmaq üçün əlinizi tez tez ilıq suda isladın və əti taxta çubuq üzərində bərkidib lülə edin.
Çöpləri soba üçün formaya düzüb 180 dərəcə sobada qril rejimində 20 dəqəqi bişirin. Lülə tam qızarmalıdır. Arada çöpləri çevirin.
Süfrəyə verəndə salat yarpaqları və çerri ilə miks edin.


Baxılıb:6472

# lülə #dadlı # kabab # toyuq