Milli Çörək festivalı – Bərəkət bayramında Bozlamac, Bişi, Qatlama, Oma, Açma, Külçə, Gödül, Pişi, Afar, Maxara, Lökü....

2004-cü ildən bəri 114 ölkənin qeyd etdiyi Dünya Kulinariya günü bu il Bakıda Beynəlxalq Çörək festivalı kimi qeyd olundu. Festivalda ölkəmizin bölgələrinin, xarici ölkələrdən Türkiyə, Özbəkistan, Qırğısıztan milli çörəkləri  təqdim olundu. Tədbirdə Milli məclisin üzvləri, Mədəniyyət Nazirliyirinin rəsmiləri, Azərbaycandakı xarici ölkə səfirləri, tanınmış aşpazlar iştirak edirdilər. Azərbaycan Milli mətbəxinin təbliğində roluna görə Natəvan Əliyeva Azərbaycan Milli Mətbəx səfiri diplomu ilə təltif edildi.

I Beynəlxalq çörək festivalında Azərbaycanın şəhər və rayonları arasında bir neçə nominasiyalar üzrə qaliblər seçilib mükafatlandırılacaq.

Festivalda Azərbaycanın qədim, milli, qeyri adi çörək və un məmulatlarının geniş çeşidi göz oxşayırdı. Festivala gələnlər bu nemətlərin dadına baxaraq, bir daha tariximizə yaxın oldular.








Baxılıb:846

#festival # tədbir # çörək. milli mətbəxi