Milli Mətbəximizdən Xəşil

Oxucuların xahişi ilə

Soyuqlar gəldikcə bədənin istiliyə, enerjiyə, tutumlu yeməklərə ehtiyac var. Qədimdən nənələrimiz bütün ailəni səhərlər xəşillə yedizdirərdilər. Xəşil həm də uşaqlar üçün çox lazımlıdır. Xəşil bişirmək çətin deyil, öyrənmək də heç vaxt  gec deyil

Ərzaqlar:

Əla növ buğda unu – 150 qr.
Su – 400-300 ml.
Yağ – zövqə görə
Duz – bir çimdik
Doşab – zövqə görə

Hazırlanması:

Iri dərin tavada unu 400 ml. qaynanmış ilıq su ilə qarışdırıb açın. Bura bir çimdik duz atın. Odu azaldın, qarışdırmağa davam edərək qalan 300 ml. suyu da əlavə edərək, 5-6 dəqiqə qarışdırın.  Qapağı qoyub, 15 dəqiqə bişirin.

İsti isti boşqaba çəkib, üzərinə kərə yağı və 1 qaşıq doşab qoymaqla qarışdırılıb yeyilir.


Baxılıb:6719

#milli mətbəxi #