TOMATLI KİLKƏDƏN SALAT

Maraqlı resept

Payızda istənilən balıq və konservlər tələb olunan ərzaqlardır. Konserva almısızsa, onu açıb çörəklə yeməkdən başqa üsulunu bilmirsizsə, agah olun ki, tomatli kilkədən əla salat hazırlamaq olur.

Ərzaqlar:

Kartof – 2 ədəd
Kök – 1 ədəd
Kilkə konserva – 1 qutu
Soğan – 1 ədəd
Yumurta – 2 ədəd
Mayonez – 50 qr
Bitki yağı
Duz, istiot

Hazırlanması:

Kartof, kök suda bişirilir, soyulur, sürtgəcdən keçirilir. Soğan doğranlıb, yağda pörtlədilir. Kilkələr bankadan çıxarılıb, çəngəl ilə əzilir. Yumurta bişirilir, soyulib, sürtgəcdən keçirilir.
Boşqaba salat layları yığılır: əvvəlcə kartof, mayonez çəkilir, sonra kilkə, kök, yenidən mayonez çəkilir. Sonra soğan  və üzərinə yumurta layı. Beləcə, dadlı payız salatı hazırdır.


Baxılıb:2549

#salatlar # tez # dadlı